MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Ölkə üzrə ən yüksək nəticəni əldə etmiş Sabirabadlı gənc Mirnizam Tağızadə ilə görüş keçirildi

13:38 12.07.2023



 
Sabirabadlı Mirnizam Tağızadə Azərbaycan Texniki Universitetini (AZTU) 99,36 bal ilə başa vurub. Bununla, Mirnizam həm universitet həm də ölkə üzrə ən yüksək nəticəni əldə edib.
 
Mirnizamla ilk dəfə Texnofestdə tanış olmuşduq, çox potensiallı və perspektivli kadrdır. Mina aşkar edən dronların istehsalı sahəsi ilə məşğuldur. Magistr təhsilini də Müdafiə Sənayesi Nazirliyi tərəfindən sifariş edilən atıcı artilleriya və roket silahlıların istehsal texnologiyası ixtisası üzrə edəcək.
 
Mirnizamın atası Mirmusanı da tanıyırdım. Çox təəssüf ki, aramızdan vaxtsız ayrıldı, gənc yaşda vəfat etdi. Mirnizam da bu sahəni atasının məsləhəti ilə seçib. Atası sağ olsaydı, onunla fəxr edərdi.
 
Mirnizam bizim hamımızın fəxridir. Ona diqqətlə qulaq asdım, fikir mübadiləsi apardıq. Daha sonra Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Zaur Əliyevlə danışdım, onunla görüşməsini xahiş etdim.
 
Mirnizama uğurlar arzu edirəm. O, bizim gələcəyimizdir.